Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Silahlı Qüvvələrin PKK terrorçularına qarşı əməliyyatları davam edir.
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İraqın Sincar vilayətində 6 terrorçu zərərsizləşdirilib.
Terrorçuların qərargahı kimi istifadə etdiyi Demokratik Xalq Məclisi binası PUA-larla vurulub.
Hava hücumu zamanı PKK liderlərinin toplanıt keçirdiyi məlum olub. Onların hamısı zərərsizləşdirilib.
Oral Mədənçi, Bizim.Media