Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “yeni” Ukraynanın rəhbəri ola bilər.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin səsləndirib.
Onun sözlərinə görə, Medvedevin mesajlarının həyasız ritorikası Rusiya Federasiyasının keçmiş rəhbərinin prezidentlik ambisiyalarından xəbər verir.
“Belə bir fikir var ki, o, prezidentlik kampaniyasına çox erkən başlayıb. Başqa nə ola bilər? Ola bilsin ki, bu, şərti yeni Ukraynanın rəhbəri vəzifəsi üçün prezidentlik kampaniyasıdır. Güman edirik ki, Ukrayna hissələrə bölünərək Rusiyanın bir hissəsi olacaq”. Tsargrad telekanalının efirində deputat belə deyib.
Bizim.Media