İyunun 16-da Kiyev Apellyasiya Məhkəməsinin binasının minalanması ilə bağlı xəbər daxil olub.
Bizim.Media “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kiyev Apellyasiya Məhkəməsi hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlərin görülməsi üçün işi müvəqqəti dayandırmağa məcburdur.
İşçilərin və məhkəməyə gələnlərin təxliyə edildiyi qeyd olunur.
Bizim.Media