Türkiyənin müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirləri toplantısı çərçivəsində Belçikanın Brüssel şəhərində Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Ukraynanın müdafiə naziri Oleksey Reznikovla üçtərəfli görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin NTV telekanalı yayıb.
Mənbə yazır ki, görüşdə tərəflər Ukraynadakı son vəziyyəti, Ukrayna limanlarında taxıl dolu gəmilərin təhlükəsiz şəkildə ölkə xaricinə daşınması, “A400M” təyyarələrinin Türkiyəyə təhlükəsiz çatdırılması mövzularını müzakirə ediblər.
Bizim.Media