Roma Papası sağı göstərib solu vurdu: Rusiya-Ukrayna müharibəsində Papa nəyə görə müsəlmanları günahkar çıxartdı? – ƏTRAFLI

Ötən gün Roma Papası Fransisk yezutlər ordeninin Avropadakı nəşrinə müsahibə verib. Müsahibəsində Baş Katolik yenə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edib. Ən əsası müsahibəsində Papa yenə də müsəlmanları hədəfə alıb. O Rusiyanın Çeçenistan və Suriyadan olan muzdlulardan istifadə etməsini bəhanə gətirərək hiddətlənib.

Əslində Papa Fransiskin bu cür mövqe sərgiləməsi heç də təəccüblü deyil. O adəti üzrə yenə də sağı göstərib solu vurub.

Mühraibədə iştirak edən tərəflər qalıb bir yana Baş Katolik düşüb müsəlmanların üstünə. Guyakı Ukraynanı xarabaya qoyan ruslar deyil, müsəlmanlardır. Guyaki, Ukraynanı bataqlığa sürükləyən, onun məhvinə fətva verən Qərb və ABŞ deyil bir ovuc müsəlman terrorçusudur. 
 

MÖVZU İLƏ BAĞLI:

Roma Papası: “III dünya müharibəsi başlayıb”


Bu bəyanat əslində Vatikanın mahiyyətini, ədalətsiz mövqeyini ortaya qoyur. Rəsmi qaydada təsdiq olunub ki, bu müharibədə Ukrayna tərəfindən 55 ölkənin vətəndaşı könüllü olaraq vuruşur.

Qəribədir ki, nə Papa, nə də ki qeyriləri bu faktın üstünə getmir. 55 ölkədən gələn “könüllü”nün milli kimliyi və dini mənsubiyyəti haqqında heç yerdə söhbət açılmır. Bəlkə də onların da içində kifayət qədər “müsəlman” var. Amma bu məsələ qəsdən qabardılmır. Guyaki, onlar fədaidir, haqq-ədalət üçün vuruşurlar. 

Çox gözəl bilirik ki, başqa ölkədə vuruşmağa gedən ixtiyari şəxs muzdludur. Muzdlu isə ən qorxulu terrorçudur. Çünki, onun üçün yeganə dəyər ölçüsü puldur. Pulla vuruşan adam qarşısındakının uşaq, qadın və yaxud qoca olmasının fərqinə varmır.

Amma neyniyək ki, ikili yanaşma günümüzün acı reallığıdır. Və bu ikili standartları irəli sürənlərdən biri də Allahın yerdəki ən ali Katolikidir.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən siyasi-ekspert Cümşüd Nuriyev bildirib ki, “Belə götürəndə Rusiya əhalisinin 5-6 faizi müsəlmandır. Bu da o deməkdir ki, Rusiya tərəfdən vuruşanların çox cüzi hissəsi müsəlmandır. Amma belə bir xırda faktın Papa Fransiski tərəfindən böyüdülməsi ayrıca məqsəd daşıyır.

Bu müsəlman aləminə Qərbin pataloji nifrətinin göstəricisidir. Əgər həqiqətəndə Ukraynada hansısa suriyalı müzdlu vuruşursa bu böyüdüləcək hadisə deyil. Çünki, Suriyada terrorçuluq şəbəkəsini quran Qərb özüdür. O, Qərb ki, ən xırda məsələdə belə Vatikandan məsləhət alır”.

Vatikan lideri dünyanın artıq Üçüncü Dünya müharibəsi vəziyyətində olmasından da danışıb.

“Dünya müharibə vəziyyətindədir. Mənim üçün Üçüncü Dünya müharibəsi artıq od saçır”-deyə təəssüfünü bildirib. Əslində isə bu bir mesajdır. Bəlkə də xeyir-duadır. Çünki, katoliklər üçün provaslavlar da müsəlmanlar qədər düşməndir.

Cümşüd Nuriyev bu məsələyə də münasibət bildirib. “Üçüncü dünya müharibəsi 2003-cü ildə İraqda başladı. Sonra bu müharibə Liviyaya, Suriyaya keçdi. 19 il davam edən üçüncü dünya müharibəsi indi də Avropaya sıçrayıb.
Ona görə də Papa bu fikirlərində səmimi deyil. O hədəfləri göstərir, amma məqsədi demir. Bu gün katoliklər dünya ağalığı iddiasındadır. Və bu yolda onların qarşısına çıxan istənilən qüvvə dinindən asılı olmayaraq düşməndir. Necəki, bütün katolik aləmi bu gün Rusiyanı düşmən bəyan edib”-deyə o fikrini tamamlayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Prezidentin Rusiyaya səfəri gözlənilir

Prezidentin Rusiyaya səfəri gözlənilir

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Mbappe Ronaldonun rekordunu təkrarladı

Mbappe Ronaldonun rekordunu təkrarladı

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

End of content

No more pages to load

RADİO