Türkiyənin "Türkiye Hava Yolları" milli aviaşirkəti beynəlxalq adının dəyişdirilməsi üçün ölkənin patent və ticarət markaları qurumuna müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Mənbə yazır ki, şirkətin yeni qərarına əsasən, aviadaşıyıcının beynəlxalq adı "Turkish Airlines" deyil, "Türkiye Hava Yolları" kimi istifadə olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisindəki çıxışı zamanı da bu mövzuya toxunaraq faktı təsdiq edib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti ölkənin beynəlxalq adının "Turkey"dən "Türkiye" olaraq dəyişdirildiyini demişdi.
Bizim.Media