Rusiya Qvardiyasının polkovniki, hərbi jurnalist Sergey Postnov Rusiya-Ukrayna müharibəsində həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “ura.ru” saytında yerləşdirilib.
Rusiya Daxili İşlər Nazirliyinin Ural bölgəsi üzrə departamentinin mərkəzi aparatının Veteranlar Şurasının yaydığı hesabatda deyilir ki, Sergey Postnov dörd aydan artıq müddətdə Ukraynada xidməti və döyüş tapşırıqlarını yerinə yetirib.
V qrupun bir hissəsi olaraq Qostomelə daxil olub, Xarkov vilayətinin və qondarma “Luqansk Xalq Respublikası”nın bir sıra şəhər və qəsəbələrinin azad edilməsində iştirak edib.
Rusiya Qvardiyası Postnovun necə öldüyü barədə məlumat vermir. Yalnız qeyd edilib ki, o, iyunun 13-dən 14-nə keçən gecə “hərbi xidməti borcunu yerinə yetirərkən” öldürülüb.
Bizim.Media