Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun görüşü planlaşdırılır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov məlumat verib.
“Bu il ərzində ölkələrimizin prezidentlərinin beş görüşü baş tutub. Yaxın vaxtlarda daha biri gözlənilir", - deyə o qeyd edib.
Qrızlov bildirib ki, 2022-ci ildə iki ölkə diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək:
“Bu gün əlaqələrimiz yüksək səviyyədədir. Parlamentlər, hökumətlər, nazirliklər, digər qurumlar və təbii ki, qardaş ölkələrin xalqları vasitəsilə çoxlu işlər görülür".
Bizim.Media