Rusiya hərbi donanmasının 5 gəmisi Qara dənizdə, Ukrayna sahillərindədir.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, sözügedən gəmilərdə qanadlı raketlər yerləşdirilib.
Qeyd edək ki, gəmi qrupuna 1 sualtı qayıq, 4 böyük desant gəmisi daxildir.
Bir çox hərbi ekspertlər rus generalların dənizdən Odessaya desant çıxarmaq planı hazırladıqlarını deyirlər.
Oral Mədənçi, Bizim.Media