Çinin Çaoyang rayonundakı “Cənnət Barı”nda 166 nəfər COVID-19-a yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə Pekin hökumətinin rəsmi nümayəndəsi Xu Hejian məlumat yayıb.
"Barda yaranan koronavirus epidemiyası əhatə dairəsi və konsentrasiyası baxımından şiddətlidir və buna nəzarət etmək və qarşısını almaq çətindir”, - deyə Hejian bildirib.
Onun sözlərinə görə, Çaoyangdan infeksiya Pekinin daha 14 rayonuna yayılıb.
Qeyd edək ki, koronovirus məhdudiyyətlərinə görə Çin hazırda ən sərt tədbirlərə əl atır.
Bizim.Media