Ukraynanın Severodonetsk şəhərində Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin bölmələrini şəhərin mərkəzindən sıxışdırıb çıxarıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün səhər hesabatında bildirib.
Mənbə hazırda şiddətli döyüşlərin getdiyini yazıb.
“Düşmən artilleriyanın dəstəyi ilə Severodonetsk şəhərində hücum əməliyyatları həyata keçirib və qismən uğur qazanıb”, məlumatda deyilir.
Bizim.Media