Fransada parlament seçkilərinin 1-ci turunun ilkin nəticələri açıqlanıb və 52,8 faiz seçicinin bitərəf qaldığı bildirilir.
Bizim.Media xəbər verir ki, Fransada parlament seçkilərinin 1-ci turunda Milli Assambleyanın 577 deputat kreslosu uğrunda 6293 namizəd mübarizə aparıb. Halbuki 2017-ci ildə namizədlərin say 7877 olub.
Parlament seçkilərinin ilkin nəticələrinə görə, müxalifət partiyası NUPES (25,6 faizlə) iqtidarı təmsil edən yeni “Birgə” (Ensemble) partiyasından (25,2 faiz) cüzi fərqlə öndədir. Marin Lö Penin rəhbərlik etdiyi “Milli Birlik” partiyası isə 19,1 faizlə üçüncü yerdədir.
Fransa parlament seçkilərinin ikinci turu iyunun 19-da keçiriləcək.
Bizim.Media