Moderator.Az xəbər verir ki, Elmar Məmmədyarov sənəddəki “Rusiya Krımı ilhaq edib”x9d ifadəsinə etiraz olaraq sənədi imzalamayacağını bildirib
Avropa Birliyinin Riqa sammiti Ukraynanın Avropaya inteqrasiyası prosesinin bir qədər də sürətləndirdi. Ötən gün başa çatan Riqa sammiti haqqında bir çox ekspertlərin ortaq fikri belədir.
Öncədən planlaşdırılsa da Azərbaycan dövlət başçısının Riqa sammitinə gəlməməsi Avropa liderlərində məyuqsluq doğrub. Sammitdə iştiral edən liderlər bu məsələ ilə bağlı açıq mövqe ortaya qoyublar. Zirvə görüşünün sonunda qəbul edilən sənəddə Azərbaycanla bağlı bölüm olmasa da sammit çərçivəsində keçirilən konfranslarda Azərbaycan məsələ gündəmə gətirilib. Əsasən tənqidi planda davam edən müzakirələrdə ölkədə demokratikya ilə bağlı ciddi problemlərin olduğu, söz azadlığı, insan haqları, vətəndaş cəmiyyəti institutlarının sərbəst fəaliyyəti sahələrində ciddi geriləmələr olduğu bildirilib.
Azərbaycanla bağlı daha bir gərgin məqam zirvə görüşünün sonunda imzalanacaq Riqa bəyannaməsinin müzakirələri zamanı yaşanıb. Azərbaycan nümyəndə heyətinin rəhbəri Elmar Məmmədyarov sənəddəki “Rusiya Krımı ilhaq edib”x9d ifadəsinə etiraz olaraq sənədi imzalamayacağını bildirib. Azərbayanın bu mövqeyini Moldova da müdafiə edib. Müzakirələrdən sonra belə qərara gəlinib ki, sənəd Avropa Birliyinin “Şərq Tərəfdaşlığı”x9d prorqamına daxil olan ölkələrin yox, Avropa Birliyi ölkələrinin adından imzalansın. Sənəd imzalanarkən Azərbaycan XİN rəhbəri salonu tərk edib, ancaq sonradan Azərbaycan tərəfin də sənədə imza atdığı haqqında xəbər yayılıb.
Avropa Parlamentinin prezidenti Martin Şults Riqa sammitində Azərbaycanla bağlı yaranan gərginliyə münasibət bildirib. O deyib ki, Azərbaycan tərəfinin əsas iradı Avropa Birliyinin Qarabağ münaqişəsinin həllində Azərbaycana Ukraynaya göstərildiyi qədər dəstək verməməsidir:"Dağlıq Qarabağ" dondurulmuş münaqişədir, Ukraynada baş verənlərsə, yox. Ukraynada baş verənləri izah etmək asandır. Rusiya beynəlxalq hüquq normalarını, qanunları pozaraq Krımı ilhaq edib. Təbii, Qarabağ münaqişəsi hər birimizin problemidir. Bizlər bu münaqişənin həllini istəyirik".
Martin Şults Azərbaycan tərəfin yekun bəyənnaməyə ilə bağlı iradları ilə razılaşmadığını da deyib: "Avropa Parlamentinin prezidenti kimi Azərbaycanın daxili vəziyyəti, demokratiyanın durumu, siyasi məhbuslar məsələsi ilə bağlı öz fikirlərimi bildirmişəm. Bununla belə, düşünürəm ki, biz danışıqları davam etdirməliyik. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bir-biri ilə dialoqa gedən, müzakirələr aparan tərəflər nələrisə dəyişə bilirlər".
Şultsa cavab Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Norvuz Məmmədovdan gəlib. O deyib ki, Şults Azərbaycanı tənqid etmək üçün bəhanə axtarır:"Görünür, onun beynində ancaq Azərbaycan var. Riqa sammiti tərəfdaş ölkələrinin əməkdaşlıqlarının indiki vəziyyəti və problemlərin müzakirəsi idi. Bizim də Avropa İttiffaqı ilə əməkdaşlığımız da müəyyən sözümüz, mövqeyimiz var".
Norvuz Məmmədov Azərbaycanın Riqa bəyannaməsi ilə bağlı mövqeiyini açıqlayarkən deyib ki, ölkə bəyannamənin ruhunu Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığına uyğun görmür. Azərbaycan XİN-in bəyyanamənin imzalanması ilə bağlı açıqlamasında isə bildirilir ki, rəsmi Bakı sənədi bir sıra şərtlərlə imzalayıb. Ancaq nə Bakı, nə də Avropa Birliyi təmsilçiləri şərtlər haqqında heç bir söz demir.
Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələrdə isə demək olar bütün beynəlxalq toplantılarda yaşananlar təkrarlanıb ”“ Azərbaycan və Ermənistan nümayəndələri bir-birini konfliktin başa çatmasına mane olmaqda ittiham edib.
Zirvə görüşünün yekun bəyannaməsinin mətninə gəlincə, sənəddə vurğu Şərqi Avropada konfliktlərin nizamlanmasının üzərindədir. Sənəddə bu coğrafiyadakı bütün konfliktlərin dinc yolla nizamlanmasının vacibliyi, ölkələrin iqtiadi inkişafına yönələn səylərin dəstəklənəcəyi vurğulanıb. Sənəddə Ukrayna ilə yanaşı Gürcüstanla bağlı da xüsusi bölmə var: “2008-ci il avqustun 12-də əldə edilən atəşkəs sazişini əsas tutan sammit iştirakçıları Gürcüstan ərazisindəki konfilktlərin Avropa Birliyinin Güney Qafqaz təmsilçisinin təşəbbüsü ilə aparılan beynəlxalq Cenevrə danışıqları çərçivəsində Avropa Birliyini Gürcüstandakı müşahidə missiyasının iştirakı ilə çözülməsinə tərəfdardır. Qurum ATƏT-in regiondakı münaqişələrin nizamlanmasındakı rolunu da xüsusi olaraq vurğulayır.2014-cü ildə Ukraynaya qarşı baş verən hərəkətlər, eləcə də Gürcüstanın yaşadığı problemlər göstərir ki, ölkələrin beynəlxalq hüquq normaları ilətəsbit edilən ərazi bütövlüyü və suverenlik prinsipləri 21-ci əsrdə təhlükə altında düşüb”x9d.
Ancaq Gürcüstan təfərin də Riqa bəyannaməsindən tam razı qaldığını söyləmək mümkün deyil. Rəsmi Tiflis Abxaziya və Cənubi Osetiyanın işğalı məsələsi haqqın bölümdə Rusiaynın işğalçı tərəf kimi göstərilməsini israr etsə də Avropa Birliyi bu mövqeni müdafiə etməyərək durumu ümumi cümlələrlə ifadə edib: “Ölkələrin ərazi bütövlüyü və suverenli ilə bağlı problemlər gündəmə gələrkən onların aradan qaldırılması üçün Avropa Birliyi öz tərəfdaşlarına gərəkli dəstək verməyə, qarşılıqlı etibar və sabitliyin yaranması üçün çalışmağa hazırdır”x9d.
Kreml isə iddia edir ki, Riqa sammiti ona qarşı düzənlənib. Rəsmi Moskvadan son iki gündə gələn bəyanatlarda sammitin “köhnə mahnı”x9d olduğu vurğulanır. Bu ifadə Rusiya Xarici İşlər Nazirliyinin sammitlə bağlı rəsmi açıqlamasında yer alıb: “Biz zirvə görüşünü diqqətlə izlədik. Avropa Birliyi rəsmiləri sammitin Rusiyaya qarşı yönəlmədiyini bəyan etsələr də bizim mövqeyimiz fərqlidir”x9d.
Zirvə görüşünün Rusiyaya qarşı olmadığını Riqada Avropa Birliyinin sədri Donald Tusk və Almaniya kansleri Angela Merkel deyib. Liderlər bildirib ki, sammitin əsas məqsədi münaqişələrin dinc yolla nizamlanmana dəstək vermək, “Şərq Tərəfdaşlığı”x9d proqramına qoşulan ölkələrin Avropa Birliyinə inteqrasiya prosesini sürətləndirməkdir. Angela Merkel deyib ki, “Şərq Tərfdaşlığı”x9d proqramı Avropa Birliyinin genişlənməsi məqsədi daşımır, proqram 6 ölkənin Avropaya yaxınlaşması üçündür.
Ukrayna Rusiyadan aldığı hərbi təcavüzə görə Avropa Birliyindən tam dəstək alsa da bir sıra gözləntiləri doğrulmayıb. Bu sırada əsas məsələlərdən biri Avropa Birliyi ilə viza rejiminin ləğvidir. Kiyev bu şərtin aradan qaldırılmasın Avropa Birliyi məkanına inteqrasiyada əsas bənd kimi görür. Avropa Birliyi isə prosesə süni sürət qatmağa tələsmir. Qurum rəsmilərinin açıqlamalarından görünür ki, hələlik onlar Kiyevdən islahatlar gözləyir. Beynəlxalq maliyyə institutlarından bu məqsədlə ayırdığı vəsaitlərin xərclənməsi də ciddi nəzarət altındadır. Ancaq viza rejiminin ləğvi də uzaqda görünmür. Avropa strukturlarının rəsmiləri prosesin 2016-cı ildə yekunlaşacağının mesajını verib. Avropa Birliyinin sədri Donald Tusk sammitdə bu haqda danışıb.
Ukrayna ilə yanaşı Gürcüstanda da Avropa Birliyi ilə viza rejiminin ləğvinə nail ola bilər. Tusk deyib ki, Avropa Birliyi həm Ukraynaya, həm də Gürcüstana bunun üçün yol xəritəsi verib: “Avropa Komissiyası 2015-ci ilin yanvarında həm Ukraynanın, həm də Gürcüstanın yol xəritəsinə necə əməl etdiyini nəzərdən keçirəcək. Viza rejiminin ləğvi haqqında hansı qərarın veriləcəyi bundan sonra bilinəcək. Düçünürəm ki, 2016-cı il real müddətdir”x9d.
Riqa zirvəssi çox güman, yaxın aylarda daha çox Ukrayna və Rusiyanın gündəmində olacaq. Növbəti sammitinMoldovada baş tutacağı gözlənilir. Təklif Kişinyovdan gəlib.














musavat.com