"Müharibə səbəbindən ukraynalılar 15-20 yaş qocalıb".
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar 60 yaşlı insanlar üçün xarakterik olan xəstəliklər indi 40-50 yaşlı insanlarda da müşahidə edilir.
Bu, orqanizmimizdəki psixoloji dəyişikliklərlə bağlıdır.
V.Lyaşko həmçinin qeyd edib ki, artan infarkt və insult yüksək ölüm hallarına gətirib çıxaracaq.
Bizim.Media