Moderator.az-a daxil olan məlumata görə mayın 27-də İsveçin paytaxtı Stokholmda İsveç Azərbaycan Qarabağ Cəmiyyətinin təşəbbüsü ilə 28 Maya həsr olunmuş seminar keçiriləcək.
Seminara tədqiqatçı-alim Yasemən Qaraqoyunlu və Ümid Partiyasının İctimaiyyətlə əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı da dəvət olunublar. Elə bu məqsədlə Rüfət Muradlıdan tədbirlə bağlı düşüncələrini öyrəndik.
“Tədbiri tanınmış Güneyli siyasi fəal Abdulla Əmir Haşimi (Cavanşir )in başçılıq etdiyi İsveç Azərbaycan Qarabağ Cəmiyyəti təşkil edib. Eyni zamanda seminardan öncə və sonra çox önəmli görüşlərimiz olacaq. Olduqca yoğun səfər proqramımız var. Belə ki, mayın 26-də İsveç Xarici İşlər Nazirliyində , elə həmin gün parlamentdə, ayın 28-də bir daha parlamentdə millət vəkillləri heyətilə görüşlərimiz olacaq. Mayın 28-də və 29-də da ayrı”“ayrı konfranslarda iştirak edəcəyik. Əsas məqsədimiz isə Azərbaycan həqiqətlərini İsveç cəmiyyətinə, özəlliklə siyasi çevrələr çatdırmaqdır. Bildiyiniz kimi son günlər İsveç hökuməti də sözdə erməni soyqırımı ilə bağlı mövqeyinə yenidən baxılacağını bəyan etmişdir. Ümid edirəm ki, bu prosesin inkişaf etdirilməsində səfərimizin də təsiri olmuş olsun. Səfərin millətimiz adına xeyirli və uğurlu olacağını təmənna edirəm”x9d.