Ukrayna əsilli amerikalı qadın Rusiyada “məxməri inqilab”x9d hazırlayır

Son vaxtlar ABŞ Rusiyada qeyri-hökumət təşkilatlarına ayrılan maliyyəni artırıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “İzvestiya”x9d qəzeti yazır.

Rusiyada Amerikanın yumşaq güc siyasətinin - “demokratiyanın inkişaf etdirilməsinin”x9d kuratoru Azərbaycanda da yaxşı tanınan, Ukrayna əsilli, benderovçu qızı Nadya Dyukdur. Hazırda o, ABŞ-ın Demokratiyaya Dəstək Milli Fondunun (NED) vitse-prezidentidir.

Nadya Dyukun məsuliyyət zonasına Afrika, Mərkəzi Avropa və Avrasiya, Latın Amerikası və Karib hövzəsi daxildir.

Nadya Dyuk Böyük Britaniyada anadan olub, Oksford Universitetində sovet və Rusiya tarixindən dərs deyib. Ukrayna əsilli olduğunu 2012-ci ildə nəşr olunmuş “Rusiya, Azərbaycan və Ukraynada növbəti nəsil: gənclər, siyasət, identiklik və dəyişikliklər”x9d kitabında yazır. Kitabda atası Petro Dyuka minnətdarlıq edir.

Kazak Petro Dyukun adına Britaniya Ukraynalıları İttifaqının və Çexiyadakı ukraynalı emiqranların jurnalında rast gəlmək olar. O, Ukrayna Qiyamçı Ordusunun üzvü olub, II dünya müharibəsi zamanı Ukraynada sovet partizanlarına qarşı döyüşüb. Müharibədən sonra Mərkəzi Kəşfiyyat İdarəsindən maliyyələşob. Petro Dyuk 2005-ci ildə 80 yaşında vəfat edib.

Hazırda onun qızı Vaşinqtonda yaşayır, Ukrayna mənşəli amerikalı Adrian Karatintski ilə evlidir. A.Karatintski 1993-2004-cü illərdə “Freedom House”x9d təşkilatına rəhbərlik edib.

Nadya Dyuk və onun əri müntəzəm olaraq Azərbaycan, Rusiya və digər keçmiş sovet respublikalarında insan haqları problemlərini qabardıb, hakimiyyətləri tənqid edib.

“İzvestiya”x9d yazır ki, ABŞ administrasiyası Nadya Dyukun kurasiya etdiyi proqrama maliyyəni hər il artırır. NED Birləşmiş Ştatların hökumət agentliyi olan USAİD-dən hər il yüz milyonlarla dollar alır.

USAİD-in fəaliyyəti 2012-ci ildə Rusiyada qadağan olunub. Ötən il isə Azərbaycan hakimiyyəti NED-in və USAİD-in maliyyələşdirdiyi digər Amerika fondlarının fəaliyyətini dayandırıb. Bildirilir ki, USAİD 90-cı illərin əvvəllərindən Rusiyadakı layihələrə 2,6 milyard dollar ayırıb.

NED USAİD-dən əlavə fərdi donorlardan da maliyyə alır. Onların arasında “Chevron”x9d, “Coca-Cola”x9d, “Goldman Sach”x9d, “Google”x9d, “Microsoft”x9d, ABŞ Ticarət Palatası, keçmiş dövlət katibi Kondoliza Rays, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktor müavini və keçmiş müdafiə naziri Frenk Karluççi, dövlət katibinin keçmiş müavini Pol Dobryanski, keçmiş dövlət katibi Henri Kissincer və digərləri də yer alır.

NED Azərbaycanda olduğu kimi Rusiyada da qrant ayırdığı təşkilatların siyahısını açıqlamır. Sonuncu dəfə belə siyahı 2011-ci ildə dərc edilib. Ekspertlər bildirir ki, fond gizli iş rejiminə keçib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO