Mayın 16-da Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti çərçivəsində Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri Aleksandr Lukaşenko, Qasım-Jomart Tokayev və Sadır Japarovla ikitərəfli görüşlər keçirəcək.
Bizim.Media xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, KTMT sammiti başlamazdan əvvəl Rusiya prezidenti Tacikistanın rəhbəri Emoməli Rəhmonla görüşüb.
Putinlə Paşinyan arasında keçirilən və ya planlaşdırılan görüş barədə məlumat yoxdur.
Bizim.Media