Hazırkı mərhələdə NATO-ya qəbulu Türkiyə tərəfindən dəstəklənməyən Finlandiya və İsveç respublikada terrorçu kimi tanınan qrupların fəaliyyətində əli olmaqda şübhəli bilinən 33 nəfərin ekstradisiyası ilə bağlı Ankaranın sorğusunu təmin etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Türkiyə Finlandiyadan 6-sı FETÖ, 6-sı PKK üzvü olmaqla 12, İsveçdən 10-u FETÖ, 11-i PKK üzvü olmaqla 21 nəfərin ekstradisiya prosesinə başlayıb.
Ekstradisiya ilə bağlı 19 müraciət rədd edilsə də, onlardan 5-i hər iki ölkədə cavabsız qalıb.
2-si Finlandiyada və 7-si İsveçdə olmaqla 9 ekstradisiya sorğusuna baxılması hələ də davam edir.
Bizim.Media