Ukrayna ordusu tərəfdaşlardan kifayət qədər həcmdə ağır silahlar aldıqdan sonra Rusiya Federasiyasının mövqelərinə aktiv əks-hücum əməliyyatına hazır olacaq. Bu, iyulun ortalarında baş verəcək.
Bizim.Media xəbər verir ki, bunu Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
"Çoxlu sayda ilk ciddi silah iyuldan tez gəlməyəcək. Bəlkə də daha tez gedəcək", - Arestoviç bildirib.
Xatırladaq ki, mayın 12-də Britaniya kəşfiyyatı Ukrayna qüvvələrinin Xarkovdan şimalda əks-hücumları davam etdirərək, Rusiya sərhədi istiqamətində bir neçə şəhər və kəndi geri aldığını bildirmişdi.
Bizim.Media
