Rusiya İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə barışmayacaq.
Bizim.Media xəbər verir ki, bu fikri Rusiya XİN başçısının müavini Sergey Ryabkov səsləndirib.
Onun sözlərinə görə, NATO-ya daxil olmaqla İsveç və Finlandiyanın təhlükəsizliyi möhkəmlənməyəcək:
“NATO-nun genişlənməsindən sonra Rusiyanın öz təhlükəsizliyini necə təmin edəcəyi isə ayrı məsələdir”.
“Bizim bununla barışacağımıza heç bir illüziya olmamalıdır. Hərbi gərginliyin ümumi səviyyəsi artacaq, vəziyyəti əvvəlcədən görmək getdikcə çətinləşəcək”, - deyə nazir müavini bildirib.
Bizim.Media