“Almaniya ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmağı planlaşdırır”.
Bizim.Media xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə AFR hökumətindəki mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, artıq Rusiya neftini əvəz etmək üçün alternativ təchizatçılar axtarılır. Almaniya hökuməti Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində öz milli planını işə salmaq niyyətində olsa da, kəsirin hansı ölkələr hesabına bağlanacağı barədə vahid fikrə malik deyil.
Bizim.Media