İsveç Ankaranın NATO-ya üzv olma planına etirazlarını aradan qaldırmaq üçün diplomatlarını Türkiyəyə göndərəcək.
Bizim.Media “USNews”a istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Peter Hultqvist SVT dövlət televiziyasına bildirib.
“Biz Türkiyə ilə müzakirələr aparmaq və dialoq üçün bir qrup diplomat göndərəcəyik ki, bunun necə həll oluna biləcəyini və məsələnin əslində nədən ibarət olduğunu öyrənək” – deyə Hultqvist qeyd edib.
Məlumat üçün bildirək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətlərinə müsbət baxmayacağını vurğulayaraq, Skandinaviya ölkələrini terror təşkilatlarının qonaq evi adlandırıb.
Bizim.Media