Rusiya prezidenti Vladimir Putin Qərbə nüvə silahından istifadə etmək niyyətinin ciddiliyi barədə siqnal göndərib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Daily Mail” nəşrində yer alıb.
Jurnalistlərin fikrincə, bunu Putinin ölkəni havadan idarə etmək üçün xüsusi olaraq dəyişdirilmiş İl-80 təyyarəsinin Moskva səmasında nümayişkaranə uçuşları sübut edir.
Kreml isə bu təyyarənin 9 May paradında iştirakı ilə bağlı olduğunu iddia edir. Düzdür, belə bir təyyarə sonuncu dəfə 2010-cu ildə paradda iştirak edib.
Xatırladaq ki, alman qırıcıları Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini ələ keçirib və onu beynəlxalq hava məkanında müşayiət edib.
Bizim.Media