“Rusiya Kramatorsk və Severodonetsk şəhərlərini ələ keçirməyi planlaşdırır”.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.
“Həmin ərazilərin tutulması Rusiyanın Donbasın şimal-şərqindəki hərbi nəzarətini gücləndirmək üçündür. Rusiya İzyum yaxınlığında 22 tabor taktiki qrupu yerləşdirib. Bu, Rusiyanın Donbasın şimal istiqaməti boyunca irəliləməsi məqsədi daşıyır”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media