FTX Nemtsovun qətlini İsa Sadıqovun batalyonuna “yüklədi”x9d

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) müxalifət lideri Boris Nemtsovun qətlinin Donbasda Ukrayna tərəfində döyüşən könüllülər batalyonunun komandiri Adam Osmayev tərəfindən təşkil olunduğunu sübut edən yeni dəlillərə malikdir.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “İzvestiya”x9d qəzeti yazıb. Qəzet Nemtsovun qətlinin Azərbaycan müdafiə nazirinin keçmiş müavini, hazırda mühacirətdə olan polkovnik İsa Sadıqovun qərargah rəisi olduğu batalyonun komandiri tərəfindən təşkil olunduğunu hələ martın 3-də yazıb.

Yazıda iddia edilirdi ki, Donbasda Ukrayna tərəfində döyüşən və Cövhər Dudayevin adını daşıyan könüllülər batalyonunun komandiri bu qətli Kiyevin sifarişi ilə təşkil edib. Məqsəd Rusiyaya qarşı beynəlxalq təzyiqlərə nail olmaqdır.


Bu gün - martın 13-də Rusiya hüquq-mühafizə orqanları Moskva çayından Nemtsovun qətlində istifadə edilən iki tapançanın tapıldığını açıqlayıblar.

“İzvestiya”x9d iddia edir ki, istintaq qətlin Adam Osmayevin başçılıq etdiyi çeçen yaraqlıları tərəfindən təşkil edildiyinə dair yeni sübutlar da ortaya çıxıb. Məlumatı qəzetə FTX-dəki mənbələr verib.

“Tətiyi bilavasitə Zaur Dadayev çəkib. O, əvvəlcə qətli törətdiyini etiraf edib, sonra vəkillərinin məsləhəti ilə ifadəsindən imtina edib... Zaur Dadayevin həbs olunandan dərhal sonra televiziya kameralarına dediyi “Mən Məhəmməd peyğəmbəri sevirəm”x9d sözləri sadəcə nəzəri yayındırmaq üçündür. Qətldə heç biri dini motiv olmayıb. Onlar həyasızcasına sifarişi yerinə yetiriblər. Bu adamlar dindar müsəlman deyillər. Mahiyyətcə əsl quldurlardır.


Ən başlıcası isə qətlin icraçısı Adam Osmayevlə sıx bağlıdır. Onlar görüşüblər, mobil telefonla xeyli danışıblar. Zaur Dadayev və onunla əlbir olanlar Ukraynanın işləri üzrə Osmanovla əməkdaşlıq ediblər. Həmçinin Ukrayna ərazisində Kiyevdəki hakimiyyətin tərəfində döyüşən çeçenlərlə. Zaur Dadayev Çeçenistan DİN-in “Şimal”x9d batalyonunda yer alıb, ancaq orada xidmət edə-edə faktiki olaraq Rusiyaya qarşı iş aparıb”x9d - deyə FTX-dəki mənbə bildirib.

Hazırda Rusiya xüsusi xidmət orqanları Z.Dadayevin Adam Osmayevlə bütün mümkün əlaqələrini araşdırır. Əsas versiya Nemtsovun qətlinin təşkil edilməsinə dair sifarişin Osmayevə Ukrayna xüsusi xidmət orqanları tərəfindən verilməsidir.


Dudayev adına batalyon ötən il keçmiş çeçen səhra komandiri İsa Munayev tərəfindən yaradılıb. Batalyonun qərargah rəisinin polkovnik İsa Sadıqov olduğu açıqlanıb.

Lakin İsa Sadıqov mühacirətdə olduğu İsveçdən qayıdıb Ukraynadakı döyüşlərə qatılmaq fikrindən daşınıb və onun batalyona qərargah rəisi təyin olunması da formal mahiyyət kəsb edib.

İsa Sadıqov müsahibələrində İsa Munayevlə o vaxt telefonla danışdığını təsdiq etsə də batalyonun tərkibində yer almadığını açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

End of content

No more pages to load

RADİO