Prezident Vladimir Zelenski müharibə başlayandan bəri ilk dəfə rusiyalı jurnalistlərə müsahibə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Meduza nəşri məlumat yayıb.
Martın 27-də rusiyalı jurnalistlər - “Meduza”nın baş redaktoru İvan Kolpakov, “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko, yazıçı və jurnalist Mixail Zıqar və “Kommersant”ın müxbiri Vladimir Solovyov da daxil olmaqla, prezidentə telefonla zəng ediblər.
Söhbət iki saata yaxın davam edib. Media axşama qədər bütün söhbəti senzurasız dərc etməyə söz verir.
Bizim.Media