“Korean Air” aprelin sonuna qədər Moskva və Vladivostok bütün sərnişin və yük reyslərini dayandıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
“Korean Air” həmçinin “əməliyyat və təhlükəsizlik narahatlıqlarını” əsas gətirərək, Rusiya hava məkanından yayınmaq üçün uçuşların istiqamətini dəyişdirdiyini bildirib.
Seuldan Avropaya uçuşlar Çin, Qazaxıstan və Türkiyə üzərindən dəyişdiriləcək ki, bu da uçuş müddətini 2 saat 45 dəqiqə artıracaq.
Bizim.Media