“Müharibə Ukraynaya ən azı 500 milyard dollar ziyan vurub, lakin bu məbləğ yekun deyil”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko yerli mediaya müsahibəsində bildirib.
“Müharibə səbəbi ilə bir çox tədarük zənciri qırılıb və müəssisələr dağıdılıb. Bəzi müəssisələr isə işçilər tərk etdiyi üçün fəaliyyət göstərmir” – deyə Marçenko qeyd edib.
O, müharibənin zərərlərinin Ukraynada ÜDM-nin üçdə birinə və ya yarısına bərabər olacağını vurğulayıb.
Bizim.Media