“Dağılmış Rusiya iqtisadiyyatı ilə bağlı deyilənlər reallığı əks etdirmir”.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Ağ Evin nümayəndəsi Cen Psakinin ABŞ və müttəfiqlərinin guya Rusiya iqtisadiyyatını sanksiyalar vasitəsilə “tamamilə əzdiyi” sözlərini şərh edərkən bildirib.
"Bunu deyə bilməzsiniz. Bəli, Rusiya iqtisadiyyatı çətinliklərdən keçir, lakin bu, həm də inkişaf, yenilənmə, daha böyük müstəqilliyə nail olmaq, yeni sənayelərin yaradılması və s. üçün bir fürsətdir. Biz mövcud çətinliklərdən öz maraqlarımız üçün istifadə etməyə çalışırıq” – deyə Peskov qeyd edib.
Bizim.Media