Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusets Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanıb.
Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Salman Hüseynov 2019-2020-ci tədris ilində keçirilmiş respublika fənn olimpiadalarında kimya fənni üzrə II yerin, 2020-2021-ci tədris ilində isə I yerin qalibi olub.
Beynəlxalq olimpiadalarda da iştirak edən Astara məktəblisi 2021-ci ildə Yaponiyada distant təşkil olunmuş ICHO - Beynəlxalq Kimya Olimpiadasında bürünc medal (III yer) qazanıb.
Salman Hüseynov hazırda Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.
Bizim.Media
