“Azov” alayı Ukrayna ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə alayın teleqram kanalında məlumat verilib.
“Kim bizə qılıncla gəlsə, elə qılıncdan da öləcək”, - məlumatda qeyd edilib. General-mayorun adı açıqlanmayıb.
Bundan başqa, alay Ukraynanın Mariupol şəhərindəki Rusiya ordusunun mövqelərini bombalayaraq qarşı tərəfin bir neçə texnikası məhv edilib.
Bizim.Media