Rusiyanın NTV kanalının aparıcısı Liliya Gildeyeva Rusiyadan xaricə qaçıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı o, “Varlamov News”a nəşrinə müsahibə verib.
Onun sözlərinə görə, xaricə gedib və işdən çıxmaq haqda istefa ərizəsini oradan yazıb.
“Mən qorxdum ki, məni elə-belə buraxmazlar”, - deyə o bildirib.
Xatırladaq ki, Gildeyeva “Seqodnya” (Bu gün) proqramının aparıcısı idi. 2013-cü ilə qədər o, verilişi televiziya jurnalisti Aleksey Pivovarovla birgə aparıb.
Bizim.Media