Almaniyanın əczaçılıq və kimya şirkəti “Bayer” Rusiyanın Ukraynaynada apardığı hərbi əməliyyatlar səbəbilə Rusiya və Belarusda "əsas sağlamlıq və kənd təsərrüfatı məhsullarının tədarükü istisna olmaqla" bütün fəaliyyətini dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Bayer AG” açıqlama yayıb.
Açıqlamada şirkətin Rusiya və Belarusdakı investisiyalarını, yeni biznes layihələrini və reklam fəaliyyətlərini dayandırdığı bildirilib.
Qlobal qida zəncirindəki əlavə təzyiqin azaldılması istiqamətində bu ilki kənd təsərrüfatı mövsümü üçün Rusiyada fermerlərə əsas kənd təsərrüfatı məhsullarının verildiyi və müharibənin dayandırılmasına bağlı olaraq 2023-cü il üçün Rusiyaya tədarüklə bağlı qərarın veriləcəyi qeyd edilib.
Bizim.Media