NATO Norveçdə təxminən 30 min əsgər, 220 təyyarə və 50 gəminin iştirakı ilə təlimlər keçirir.
Bizim.Media xəbər verir ki, mart və aprel ayları ərzində davam edəcək “Soyuq cavab 2022” təliminə Avropa və Şimali Amerikadan NATO müttəfiqləri ilə yanaşı, İsveç və Finlandiyadan olan əsgərlər də qatılıb.
NATO-nun mənzil-qərargahından bildirilib ki, təlimlər əvvəlcədən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsi yoxdur və müdafiə məqsədlidir.
Bizim.Media