Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı dördüncü sanksiyalar paketi ilə bağlı razılığa gəlib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, sanksiyalar əsasında Rusiyanın Ümumdünya Ticarət Təşkilatındakı (ÜTT ) "ən əlverişli ölkə" ticarət statusu ləğv ediləcək.
Həmçinin, Belarusun ÜTT-yə üzvlüklə bağlı müraciətinin baxılması dayandırılacaq.
Qeyd olunub ki, sanksiyalar Rusiya iqtisadiyyatınln müxtəlif sektorlarına və induvidual şəxslərə tətbiq olunacaq. Sanksiyaların digər təfərrüatları açıqlanmayıb.
Bizim.Media