"Ukraynada faciəni dayandırmaq üçün hələ şans var".
Bizim.Media xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç deyib.
O, Ukrayna və ABŞ-a görə Minsk razılaşmalarının həyata keçirilməsi planının 7 il ərzində təsdiqlənə bilmədiyini bildirib.
"Ukrayna rəsmiləri sülh nizamlanmasını qəsdən sabotaj ediblər", - deyə V.Yanukoviç əlavə edib.
Keçmiş dövlət başçısı iddia edib ki, o, Volodimir Zelenskiyə Donbassda nizamlanma planı təklif edib, lakin rədd edilib.
Bizim.Media