Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belaruslu həmkarı Vladimir Makeylə telefonla danışıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, tərəflər regiondakı Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Nazirlər münaqişə zonasından öz vətəndaşlarının təxliyəsi və humanitar dəhlizlərin fəaliyyəti məsələlərinə toxunublar.
XİN başçıları Belarus və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini vurğulayaraq ikitərəfli münasibətlər mövzusundan da danışıblar.
Bizim.Media