Tayvanın iri noutbuk və kompüter avadanlığı istehsalçısı olan “Asus”dan Rusiyaya məhsulların tədarükü dünyada mövcud vəziyyətlə əlaqədar praktiki olaraq dondurulub.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin Rusiyadakı rəsmi “Telegram” kanalında məlumat verilib.
"”Asus” beynəlxalq qaydalara əməl edir və bu vəziyyət bütün təchizat zəncirində - logistika və bank xidmətlərində ciddi problemlər yaradıb. Vəziyyət ona gətirib çıxarıb ki, hazırda Rusiya bazarına çatdırılma praktiki olaraq dayanıb", - deyə məlumatda qeyd edilib.
Bizim.Media
