Rusiya Krım və Donbas arasındakı strateji dəhlizə nəzarəti ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Krım hökumətinin baş nazirinin müavini Georgi Muradov RİA Novosti-yə müsahibəsində bildirib.
“Krımdan Mariupola gedən yol nəzarətə götürülüb. Yol Krım üçün yarımadanı Azov vilayətinin metallurgiya mərkəzi olan Mariupol və sənaye rayonu Donbassla birləşdirən mühüm magistral ola bilər. İndi biz Krımın dəniz limanları və Azov dənizinin əsas limanları - Mariupol və Berdyansk vasitəsilə yüklərin daşınması sahəsində əməkdaşlıq haqqında düşünməliyik", – deyə Muradov qeyd edib.
O əlavə edib ki, bu dəhliz, həmçinin Donbasdakı Rusiyanın dəstəklədiyi separatçı qoşunların Azov dənizində toqquşmaların intensiv olduğu liman şəhərlərinə keçidini asanlaşdıracaq.
Bizim.Media