“Putin və onun əlaltıları məhdudiyyətlərdən yan keçməyin yollarını fəal şəkildə axtarırlar. İsrail potensial boşluq ola bilərdi, lakin bu ölkə bu yaxınlarda rəsmi olaraq Qərbin sanksiyalarını dəstəkləyəcəyini açıqladı”.
Bizim.Media xəbər verir ki, bunu İsrail Xarici işlər naziri Yair Lapid slovakiyalı həmkarı İvan Korçokla görüşdən sonra bildirib.
“İsrail ABŞ və digər Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün bir marşruta çevrilməyəcək. Xarici İşlər Nazirliyi İsrail Bankı, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Hava Limanları İdarəsi, Enerji Nazirliyi də daxil olmaqla, tərəfdaşlarla birlikdə bu məsələ ilə bağlı çalışır” – deyə Lapid qeyd edib.
Bizim.Media