Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.
“Havada zərərsizləşdirilən raketin qalıqları paytaxtın tarixi Kurenyovka rayonuna düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb” – deyə Kliçko qeyd edib.
Onun sözlöərinə görə, ərazidəki trolleybus da tamamilə məhv olub.
Bizim.Media