ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman Rusiya ilə Ukrayna arasında müəyyən “ciddi danışıqlara hazırlığın əlamətləri” olduğunu deyib.
Bizim.Media xəbər verir ki, Şerman bunu Fox News-a müsahibəsində deyib.
“Biz Rusiyanın real, ciddi danışıqlara hazır olmasının bəzi əlamətlərini görürük”, - deyə dövlət katibinin müavini bildirib.
Şerman Qərbin Moskvaya təzyiqinin buna töhfə verdiyini iddia edir.
Bununla belə, dövlət katibinin müavini qeyd edib ki, “biz ukraynalılara hər cür kömək etməliyik”.
Bizim.Media