Ukraynalı fəallar Vladimir Putinin qızının Fransanın Biarrits şəhərindəki villasını ələ keçirib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Vladimir Putinin qızı Katerina Tixonovanın Biarritsdəki (Fransa) villasında qıfıllar dəyişdirilib və evə Ukraynadan olan qaçqınlar dəvət edilib.
Fransa nəşrlərinin yazdığına görə, evdə binanın keçmiş sahiblərinin - Putinin keçmiş kürəkəni Kirill Şamalovun və Rusiya Federasiyası prezidentinin dostu Gennadi Timçenkonun adına müxtəlif sənədlər tapılıb.
Bizim.Media