Rusiyada "Instagram" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Bundan əvvəl Roskomnadzor martın 14-də gecə yarısı resursun bloklanacağı barədə məlumat verib.
Bizim.Media Roskomnadzor-a istinadən xəbər verir ki, sosial şəbəkəyə giriş rusiyalılara, o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq hərəkətləri etmək çağırışlarının yayılması səbəbindən məhdudlaşdırılıb.
"Instagram"ın bloklanması ilə bağlı rusiyalılara dövlət xidmətləri portalının poçt siyahısı vasitəsilə də məlumat verilib. Roskomnadzor orada Rusiyanın "VKontakte" və "Odnoklassniki" sosial şəbəkələri də daxil olmaqla özünün rəqabətqabiliyyətli internet platformalarına malik olduğunu xatırladıb.
Bizim.Media