Türkmənistanda prezident seçkiləri respublikanın seçki qanunvericiliyinə uyğun keçirilib, açıq və rəqabət şəraitində baş tutub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu bazar günü keçirdiyi brifinqdə MDB-dən olan müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimov deyib.
“Müstəqil Dövlətlər Birliyindən olan müşahidəçilər missiyası belə qənaətə gəlir ki, Türkmənistanda prezident seçkiləri ölkədə qüvvədə olan seçki qanunvericiliyinə uyğun keçirilib, azad, açıq, rəqabətli, demokratik seçkilərin keçirilməsinin ümumi prinsiplərinə uyğun baş tutub”, deyə o, qeyd edib.
“Türkmənistanda keçirilən prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyası onların nəticələrinə təsir edə biləcək pozuntuları qeydə almayıb”, Anfimov bildirib.
Mənbə qeyd edir ki, seçici fəallığı ölkədə 97% təşkil edib.
Ekspertlər növbəti prezidentin sabiq prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədovun olacağı proqnozunu verirlər.
Xatırladaq ki, Qurbanqulu Berdiməhəmmədovun bu dəfə namizədliyi irəli sürülməyib. O, 14 fevral 2007-ci ildən ölkəyə başçılıq edib.
Bizim.Media