Cənubi Koreyada müxalif Vətəndaş Qüvvələr Partiyasından prezidentliyə namizəd Yoon Suk-yeol seçkilərdə qalib gəlib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, onun rəqibi Demokratik Partiyadan olan Li Jae-myunq məğlubiyyətini etiraf edib.
Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98%-i hesablanıb. Seçicilərin 48,5%-i Yoon Suk-yeola, 47,8%-i Li Jae-myunqa səs verib.
Bizim.Media