Ruslar artıq Ukraynanın işğalı üçün hazırlanmış hərbi texnikanın 8-10%-ni itirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CNN televiziyası kəşfiyyat məlumatlarına istinadən yayıb.
ABŞ-ın hesablamalarına görə, söhbət sıradan çıxarılan tanklardan, təyyarələrdən, artilleriyadan və digər hərbi texnikadan gedir.
Ötən həftə Amerika kəşfiyyatı Ukraynada Rusiya texnikalarının 3%-dən 5%-ə qədər itkisi barədə məlumat vermişdi. Ukrayna da eyni faizlə öz texnikasını itirib.
Bizim.Media