Yaponiyanın ən böyük poçt şirkəti olan “Japan Post” çatdırılma problemi səbəbilə Avropa ölkələrinə hava poçtu və EMS bağlamalarının göndərilməsini dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
“Almaniya, Finlandiya, Fransa, Belçika da daxil olmaqla ümumilikdə 18 ölkəyə daşıma dayandırılıb.
Qərar Aİ ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiyalar çərçivəsində Rusiya təyyarələri üçün hava məkanını bağlaması ilə əlaqədardır” – deyə məlumatda qeyd edilib.
Bizim.Media