NATO-nun müdafiə nazirlərinin martın 16-da növbədənkənar iclası baş tutacaq.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat NATO-nun rəsmi saytında yerləşdirilib. Bildirilib ki, videokonfrans vasitəsilə keçiriləcək iclasa NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək.
Qeyd edilib ki, tədbirə yaxın ətraflı media proqramı təqdim olunacaq.
Bizim.Media