BMT Ukraynadakı müharibədən qaçan qaçqınların sayının iki milyonu keçdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb.
Mənbə yazır ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi insanların Ukraynadan kütləvi şəkildə köçməsini İkinci Dünya Müharibəsindən sonra Avropada ən sürətlə böyüyən qaçqın böhranı adlandırıb.
Bizim.Media